Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin səmərəliliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov tərəfindən Komissiyanın 2023-cü ilə dair İş Planı təsdiq edilib və icraya yönəldilib.