“Gənclər narkomaniyaya yox deyir” mövzusunda tədbir təşkil olunub

 Cari ilin 10 aprel tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasınln daimi fəaliyyət göstərən işçi qrupu və Astara icra Hakimiyyəti ilə birgə Heydər Əliyev Mərkəzində “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirici tədbir keçirmişdir.

 Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunmasıbarədə ətraflı məlumatlar verilmişdir.

Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər təqdim edilmişdir.




Baxılıb: 654