Lənkəran Tibb Kollecində maarifləndirmə tədbiri keçirilib.

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu  Lənkəran şəhər İcra Hakimiyyəti ilə  birgə Lənkəran Tibb Kollecində  “Biz sağlam həyat tərzi seçirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşları və Lənkəran şəhər narkolojı mərkəzin  direktoru narkotik asılılıq probleminin spesifik cəhətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat veriblər iştirakçıları maraqlandıran suallar ətrafında müzakirə aparılıb.

  Eyni zamanda, tədbir iştirakçıları zəruri təbliğat materialları ilə təmin olunublar.




Baxılıb: 751