Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Masallı rayon İcra Hakimiyyəti ilə birgə Dəfinə məktəb-liseyində “ Narkotiklərə yox – sağlam həyat ” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı iştirak etmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.