Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə təlim keçirilmişdir

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.9-cu bəndinə müvafiq olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə penitensiar müəssisələrin əməkdaşları üçün təlim keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Respublika Narkoloji Mərkəzinin məsul əməkdaşları çıxış edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumatlar verilmiş və bəzi suallara aydınlıq gətirilmişdir.

 




Baxılıb: 742