Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında tədbirlər planı imzalanıb

   Gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və 2023-cü il ərzində görüləcək işlərin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında tədbirlər planı imzalanıb.

  Tədbirlər Planı çərçivəsində videoçarx, qısametrajlı film, o cümlədən fləşmob, sərgi, stend, stiker və maarifləndirici sloqanların hazırlanması, region gənclərinin zərərli vərdişlərdən qorunmasına dair maarifləndirici layihələr müsabiqəsinin təşkili, müxtəlif idman növləri üzrə turnirlərin və yarışların, regionlarda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirə, seminar, “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində treninqlərin həyata keçirilməsi və hər il ənənəvi olaraq keçirilən “Yay Fest”in və internat məktəblərinin yuxarı sinif şagirdlərinin fərqli bir yaşam mühitində maarifləndirilməsi məqsədi ilə düşərgələrin təşkili, sosial paylaşım platformalarında brendləşdirilmiş formada təmsilçilik işinin aparılması, "Yeşilay" Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində ortaq fəaliyyətin təmin edilməsi, həmçinin digər interaktiv təlim və tədbirlər planlaşdırılmışdır. 

  Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin təşkil ediləcək təlim və seminarlarda iştirakçılar arasında paylanılması nəzərdə tutulur.




Baxılıb: 804