Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 kiloqram narkotik vasitə məhv edilib

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 26 aprel tarixində “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 kq kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.

  Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.

  Ümumilikdə 1964  məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş  2 ton 568 kq 614,733 qr heroin, 1 ton 404 kq 411,584 qr marixuana, 228 kq 669,39 qr tiryək, 71 kq 818,847 qr  həşiş, 519,114 qr kokain və 75802 ədəd həb metadon, 372 kq 265,438 qr və 5142 ədəd psixotrop maddə müxtəlif növ narkotik vasitələrin, psixotrop maddələrin və 39031 ədəd çətənə bitkisinin, həmçinin 77822 ədəd həb, 9122 ədəd kapsul, 29 flakon, 59 ampula, 180,4 qr güclü təsir edən maddələrin aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

 

 




Baxılıb: 1004