Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir.

 Cari ilin 11 may tarixində 39 saylı tam orta məktəbdə “Biz sağlam düşüncəyə sahibik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, məktəbin təlim tərbiyyə üzrə müavini, sinif rəhbərləri və yuxarı sinif şagirdləri  iştirak etmişdir.

  Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

 




Baxılıb: 720