“Narkomaniyaya yox” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Cari ilin 16 may tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və  Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə  “Narkomaniyaya yox” mövzusunda maarifləndirici tədbir təşkil edilmişdir.

Tədbirdə Bakı Slavyan Universitetinin tərbiyə işlər üzrə prorektoru, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və BSU-nin tələbələrlə iş şöbəsinin nümayəndəsi iştirak etmişdir.

Tələbələrə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən gənclərin  asudə vaxtın səmərəli təşkil olunması barədə slaydlar vasitəsi ilə ətraflı məlumat verilmişdir.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 529