“Biz sağlam gələcəyi seçirik” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilmişdir

Cari ilin 07 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Bakı şəhəri Sabunçu rayonu 90 saylı tam orta məktəbdə “Biz sağlam gələcəyi seçirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhər üzrə Narkoloji Mərkəzinin çıxış edərək, şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən  asudə vaxtın səmərəli təşkil olunması barədə  ətraflı məlumatlar vermişdir.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 504