26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lənkəran şəhərində tədbir təşkil edilmişdir.

  26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar  tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə “Biz sağlam gələcəyi seçirik” mövzusunda maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.

  Lənkəran Peşə Liseyində tələbələrinin iştirakı ilə keçirilən tədbirdə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

 




Baxılıb: 502