Sosial şəbəkədə maarifləndirici aksiya...

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar partiya fəalları tərəfindən 24 iyun tarixindən başlayaraq sosial şəbəkələrdə “Narkotiklərə bigə yox deyək !” devizli  aksiyaya start verilib.  

#Narkomaniyayason #StopNarkomaniya həştəqləri ilə “twitter”, “facebook” və “instagram” sosial platformalarında 30-dan çox poster və video, həmçinin müxtəlif maarifləndirici materiallar paylaşılmışdır. İndiyədək "twitter" sosial şəbəkə seqmentində 34 min 70, "instagram" sosial şəbəkə seqmentində 10 min 98, "facebook" sosial şəbəkə seqmentində is 25 min 455 paylaşım edilib.

Aksiya iyunun 26-dək davam edəcək.




Baxılıb: 2343