Sosial şəbəkədə maarifləndirici aksiya keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq 26 iyun - BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar partiya fəalları tərəfindən 24 iyun tarixindən başlayaraq sosial şəbəkələrdə “Narkotiklərə birgə yox deyək!” devizli  aksiyaya start verilib.

#Narkomaniyayason #StopNarkomaniya həştəqləri ilə “twitter”, “facebook” və “instagram” sosial platformalarında 30-dan çox poster və video, həmçinin müxtəlif maarifləndirici materiallar paylaşılıb. "Twitter" sosial şəbəkə seqmentində 35 min 144, "instagram" sosial şəbəkə seqmentində 15 min 643, "facebook" sosial şəbəkə seqmentində isə 27 min 469 paylaşım edilib. Bütovlükdə iyunun 26-dək davam edən aksiya çərçivəsində sosial şəbəkələrin bütün seqmentlərində 78 mindən artıq paylaşım edilib.




Baxılıb: 2054