26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində maarifləndirici tədbirlər həyata keçirilmişdir

26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Azərbaycan RespublikasıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə əməkdaşlığı ilə müvafiq mətnli SMS bildirişin (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt:802) ölkə üzrə fəaliyyət göstərən “Azercell”, “Bakcell” və "Azərfon" mobil rabitə operatorları tərəfindən mərhələli qaydada 5 gün ərzində təqribən 7 milyon 757 min 723 abunəçiyə göndərilməsi təmin edilmiş;
  • Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Dövlət Komissiyasının İşçi Qrupu arasında imzalanmış tədbirlər planının 10-cu bəndinə müvafiq olaraq, Şamaxı rayonunda “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç!” mövzusunda təlim, Sumqayıt şəhərində “Narkotiklərə yox de, bizimlə birlikdə ol!” devizi altında velosiped idman növü üzrə yürüş, Gəncə şəhərində “Güclü və sağlam gələcək naminə!” devizi altında tanınmış şəxslərin, elm və mədəniyyət xadimlərinin, ziyalıların, hərbçilərin, idmançıların, gənclərin iştirakı ilə tədbir və sonda qaçış idman növü üzrə marafon keçirilmiş;
  • Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Gənclər Fondu arasında imzalanmış tədbirlər planına 5-ci bəndinə müvafiq olaraq, ölkə üzrə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 1000 nəfərdən çox olduğu Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan şəhər və rayonlarında fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərində “Biz narkotikə yox deyirik” mövzusunda gənclər üçün təlimlər keçirilmiş;
  • Dövlət Komissiyasının İşçi Qrupu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış tədbirlər planının 3-cü bəndinə müvafiq olaraq, Bakı Modern Məktəbində, 194 saylı tam orta məktəbdə, 24 nömrəli tam orta məktəbdə, 90 saylı tam orta məktəbdə və 52 saylı tam orta məktəbdə ““Daha sağlam gələcək naminə!” mövzusunda şagirdlər ilə maarifləndirici görüşlər təşkil edilmiş;
  • tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Azərbaycan Dillər Universitetində Filologiya fakültəsinin nəzdində Xarici ölkələr ədəbiyyatı kafedrasında “Biz sağlam gələcəyi seçirik!” adlı ictimai mühazirə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzində, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində, Lənkəran Peşə Liseyində “Biz sağlam gələcəyi seçirik” mövzusunda seminarlar və ictimai mühazirələr təşkil edilmiş;
  • Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Gəncə, Şəmkir, Ağstafa və Ağdaş Regional Mədəniyyət İdarələrinə tabeli müəssisələrinin mütəxəsisləri üçün təlimlər keçirilmiş;
  • Dövlət Komissiyasının 2023-cü ilə dair İş Planının 27-ci bəndinə müvafiq olaraq, Bakı şəhərinin Nərimanov, Yasamal, Binəqədi, Xətai, Qaradağ, respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, İmişli, Saatlı, Sabirabad şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar ilə birlikdə aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutları cəlb edilməklə tədbirlər keçirilmiş;
  • cari ilin 20 iyun tarixindən etibarən (10 gün müddətində) Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 23 küçə və prospektində mövcud olan elektron informasiya tablolarında “Narkomanlığa birlikdə yox deyək” şüarının nümayişi təmin olunmuş (sosial layihənin növbəti aylarda da müəyyən müddət ərzində nümayişi nəzərdə tutulur);
  • maarifləndirici videoçarxlar Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayiş olunmuş;
  • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı ilə birgə sosial şəbəkələrdə “Narkotiklərə birgə yox deyək!” devizli  aksiyaya start verilib və #Narkomaniyayason #StopNarkomaniya həştəqləri ilə “twitter”, “facebook” və “instagram” sosial platformalarında 30-dan çox poster və video, həmçinin müxtəlif maarifləndirici materiallar paylaşılıb və bütovlükdə iyunun 26-dək davam edən aksiya çərçivəsində sosial şəbəkələrin bütün seqmentlərində 78 mindən artıq paylaşım edilib;
  • narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici bukletlər, yaddaş kitabçaları əhali arasında paylanılıb, müəyyən izahatlar verilmiş;
  • Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış video çarxlar televiziya kanallarının efirlərində ümumilikdə 1733 dəfə yayımlanmış və narkomanlığa qarşı mübarizə mövzusunda ümumilikdə 11 veriliş hazırlanmış;
  • həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində və o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılmasını təmin edilmişdir.

 

Beləliklə, 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində ümumilikdə 44 tədbir (22 maarifləndirici görüş, 13 təlim, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon) təşkil edilmişdir.




Baxılıb: 2075