Lerik rayonu ərazisində 5 ton 049 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Lerik rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Lerik rayon Oran kəndi (2-ci SZ), Yardımlı rayon Alar kəndi (1-ci SZ)  ərazisində yerləşən Sərhəd Zastavalarının 15 hektar torpaq sahəsindən 20196 ədəd, ümumi çəkisi 5 ton 049 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1681