Gənclərin Məhkəmə Ekspertizası Mərkəzinə infoturu təşkil edilib

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin dəstəyi ilə gənclər təşkilatlarının nümayəndələri üçün infotur təşkil edilmişdir.

 Tədbirlər Planına əsasən Məhkəmə Ekspertizası Mərkəzinə təşkil olunmuş infotur çərçivəsində məhkəmə ekspertizasının sistemi və ekspertiza fəaliyyətinin hüquqi və təşkilati məsələləri, məhkəmə və hüquq mühafizə orqanlarının qərarlarına əsasən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlara dair təyin edilmiş ekspertizalar ilə bağlı görülən işlər və s. barədə ictimai fəal gənclərə geniş məlumatlar verilib və onları müvafiq proses ilə tanış ediblər.




Baxılıb: 754