Narkomanlığa qarşı mübarizədə QHT-lərlə əməkdaşlıq daha da gücləndirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsi və birgə tədbirlərin həyata keçirilməsi məqsədilə ictimai müzakirə keçirilib. 

Müzakirədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri və əhalinin sağlamlığının qorunması və narkomaniyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən bir qrup QHT rəhbərləri iştirak ediblər. 

Müzakirədə aidiyyatı qurumların bu sahədə apardığı fəaliyyət barədə məlumat diqqətə çatdırılıb. QHT-lər tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı icra olunan layihələrin səmərəliliyinin, keyfiyyətinin daha da artırılması, fəaliyyətin genişləndirilməsi məqsədilə təkliflər irəli sürülüb, qarşılıqlı müzakirələr aparılıb.

 




Baxılıb: 959