Narkomanlığa qarşı mübarizə istiqamətində fəal gənclərlə görüş keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, “Bir Könüllü” Tələbə Təşkilatı və “Davam” Gənclər Hərəkatının birgə əməkdaşlığı ilə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda fəal gənclərlə görüş keçirilmişdir.

Tədbir çərçivəsində müvafiq təqdimatla çıxış edilərək, narkotik asılılığın formalaşma mərhələləri, narkotik vasitələrin və psixotrop maddələrin xüsusiyyətləri, onlardan istifadənin risk amilləri və sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizədə səmərəli maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyəti barədə ətraflı zəruri məlumatlar verilib.

Sonda fəal gənclərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.




Baxılıb: 816