Gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüş keçirilmişdir.

  Cari ilin 24 oktyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, narkotiklə mübarizədə yaxından çalışan qurumların nümayəndələrinin gənclər təşkilatları və fəal gənclər ilə “Globus Center”də növbəti görüş təşkil edilmişdir.

  Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazilriyi Baş Narkotiklə Mübarizə İdarəsinin nümayəndələri və Bakı şəhər Narkolojı Mərkəzinin həkim narkoloqu çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları, hüquq mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirlərinin səmərələliyindən, “802” qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiya aparılmışdır.




Baxılıb: 442