Növbəti maarifləndirici tədbir Sabunçu rayonunda təşkil olunub.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Bakı şəhəri Sabunçu rayonu 113 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirimişdir.

  Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və Respublika Narkolojı Mərkəzinin həkim narkoloqu iştirak etmişlər.

 Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri barədə ətrfalı məlumat verilib. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı işlə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları şagirdlərə təqdim edilmişdir.




Baxılıb: 708