Növbəti maarifləndirici tədbir Nərimanov rayonunda təşkil olunub.

   Cari ilin 02 noyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Nərimanov rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası ilə əməkdaşlıq çərcivəsində  Bakı İdarəetmə və Texnoloji Kollecinin konfrans zalında “Biz sağlam həyat tərzi seçirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

   Tədbirdə, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Gənclər Fondunun əməkdaşı, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Bakı şəhəri Narkoloji Mərkəzin həkim narkoloqu iştirak edərək, yeniyetmə və gənclər arasında narkotik vasitələrin, psixoaktiv maddələrin insan sağlamlığına zərərli təsiri  barədə geniş məlumat verilmiş və onları maraqlandıran suallar ətrafında diskussiya təşkil olunmuşdur.

    Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.




Baxılıb: 640