Şirvan şəhərində maarifləndirmə tədbiri keçirilmişdir.

  Cari ilin 14 noyabr tarixində Şirvan şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin konfrans zalında “Gənclər sağlam həyat tərzi seçir ” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

  Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul nümayəndəsi və şəhər polis şöbəsininn əməkdaşı iştirak edərək, gənclər arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.




Baxılıb: 640