Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2023" şərti altında tədbirlər həyata keçirilmişdir.

"Xaş-xaş 2023" şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə cari ilin aprel-oktyabr ayları ərzində Şəki, Lerik, Qazax, Yardımlı, Zaqatala, Qax, Balakən, Qubadlı, Laçın və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 22 hektar sahədən yabanı halda bitən 6085 kq xaş-xaş (23312 ədəd) və 28156 kq çətənə kolları (58825 ədəd) müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.




Baxılıb: 842