Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim keçirildi

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində təlim təşkil edilmişdir.

  Mədəniyyət Nazirliyinin Şamaxı rayonu üzrə tabeli müəssisələrinin mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

  Sonda təlim iştirakçılarına narkomaniya ilə mübarizənin təbliği məqsədilə zəruri təbliğat materialları və əyani vəsaitlər təqdim edilmişdir. 

 




Baxılıb: 222