Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir.

   Cari ilin dekabr ayının 05-də Sumqayıt şəhər İnternat Tipli Gimnaziyanın təşəbbüsü ilə  Sumqayıt şəhəri, Yeni Azərbaycan Partiyasının inzibati binasında “Həyatın əsas dəyəri həyatdır” adlı maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirdə, Sumqayıt şəhər İnternat Tipli Gimnaziyanın dikektoru və müəllim heyəti, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının şöbə müdirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı və Sumqayıt şəhəri üzrə aidiyyəti qurumların nümayəndələri iştirak edərək, yeniyetmələr arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

   Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılmışdır.




Baxılıb: 1212