Şagirdlər narkotik vasitələrin sağlamlığa vurduğu zərərlər barədə maarifləndirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialının birgə təşəbbüsü ilə Mirzəağa Əliyev adına Hövsan qəsəbə Mədəniyyət evində“Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzusunda şagirdlərin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun, Suraxanı rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Polis İdarəsinin məsul əməkdaşları və digər məruzəçilər çıxış edərək yeniyetmə və gənclərin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması, onların zərərli vərdişlərdən qorunmasının vacibliyi, narkotik maddələrdən istifadənin yaratdığı asılılıqdan və nəticə olaraq asılılığın insanın ailəyə, cəmiyyətə bağlılığının azaltması və onun cəmiyyət üçün faydasız fərdə çevirməsindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Eyni zamanda, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları düşərgə iştirakçılarına təqdim edilib.

 




Baxılıb: 1020