Narkomanlığa qarşı təbliğat işlərinin genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

  Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupu arasında 2023-cü ilə dair imzalanmış  Tədbirlər Planına əsasən mövzuya dair interaktiv təlimlərin, müxtəlif həştəqlərlə sosial aksiyaların, “Sağlam gənclik naminə ağ ölümə yox deyək!” şüarı altında qaçış və velosiped idman növləri üzrə marafonun və yürüşün, mədəni-kütləvi tədbirlərin keçirilməsi və televiziyada işıqlandırılması təmin edilib, hesabat dövründə ümumilikdə birgə 17 tədbir həyata keçirilib.

  Görülən işlərin davamlılığının təmin edilməsi, gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2024-cü il üçün də birgə Tədbirlər Planı təsdiq edilib.

  Tədbirlər Planı çərçivəsində respublikanın şəhər və rayonlarında interaktiv təlimlərin, tanınmış şəxslərin, elm və mədəniyyət xadimərinin, ziyalıların, gənclərin iştirakı ilə tədbirlərin keçirilməsi, “Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devizli marafonun, maarifləndirici sosial çarxların hazırlanması, mövzu ilə əlaqədar müxtəlif həştaqlarla sosial aksiyaların təşkili, narkomaniyanın fəsadları ilə bağlı kitabçaların, xəbərdarlıq vərəqələrinin, metodiki materialların paylanılması və qeyd olunan tədbirlərin televiziyada işıqlandırılması nəzərdə tutulur.




Baxılıb: 744