Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün növbəti təlim Biləsuvarda təşkil edilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Biləsuvar rayonu Heydər Əliyev mərkəzində təlim təşkil edilib.

Mədəniyyət Nazirliyinin Biləsuvar rayonu üzrə tabeli müəssisələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda İşçi Qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

 




Baxılıb: 1156