Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat

2024-cü ilin yanvar-mart ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir. 

Сari ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2909 cinayət faktı aşkarlanmışdır. Onlardan  821-i narkotik vasitələrin qanunsuz satışı, 2076-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması,12-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə  bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 787 kq 303,666 qr narkotik vasitələrin və psixotrop maddələrin 271 kq 179,209 qr-nı heroin,1 ton 351 kq 080,549 qr-nı marixuana, 53 kq 146,627 qr-nı tiryək, 23 kq 560,45 qr-nı həşiş, 80 kq 107,451 qr-nı psixotrop maddələr,8 kq 229,38 qr-nı digər narkotik vasitələr təşkil etmişdir.Həmçinin göstərilən dövr ərzində 690 ədəd metadon həbi, 135 ədəd çətənə kolu və 186,3 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.

2024-cü ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 787 kq 303,666 qrnarkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 51 milyon 36.000 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1615 nəfər cəlb edilmiş, həmin şəxslərdən 1564-ü kişi, 51-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş 22 nəfəri xarici ölkə vətəndaşından 99 kq 487,934 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 539 kq 313,997 qr narkotik vasitə və psixotrop maddə, 690 ədəd metadon həbi çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 61-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 499 kq 605 qr narkotik vasitə və psixotrop maddə  və 4,6 qr güclü təsir edən maddə  müsadirə edilmişdir. 476 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 355 kq 087,2 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 264, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 227, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı isə 11 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 5, digər növ cinayət faktların sayı 21, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 18 fakt, qrup halında olan cinayətlərin sayı 3 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 273 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 224 kq 091,286 qr azalmışdır.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 20286 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 604 nəfərdən 418 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Cari ilin yanvar-mart ayları ərzində “802” qaynar xətt  telefon zəng xidmətinə 126 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 41-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 44-ü narkotik asılılıqdan müalicə, 41-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 85 məktub ünvanlanmışdır.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.




Baxılıb: 1323