Bakı Ali Neft Məktəbində maarifləndirmə tədbiri keçirilmişdir.

Cari ilin 24 aprel  tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq çərçivəsində konfrans zalında “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə, Bakı Ali Neft Məktəbinin prorektoru, Gənclərin Anti-narkomaniya İctimai Birliyinin sədri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı  iştirak edərək, tələbələrin antinarkotik dünya görüşünün formalaşdırılması, narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır. Həmçinin Dövlət Komissiyasının “802” qaynar xəttinin fəaliyyət istiqamətindən, ora olunan müraciətlərin operativ şəkildə aidiyyətı qurumlara yönəldilməsi və xüsusi nəzarətdə saxlanılması barədə məlumat verilmişdir.

Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.




Baxılıb: 1123