Bakı Dövlət Universitetində tədbir keçirilmişdir.

   Cari ilin 27 may tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Bakı Dövlət Universiteti Hüquq fakultəsinin Cinayət hüququ və kriminolojiya kafederasının nəzdində fəaliyyət göstərən “Cinayət Hüququ Klubu” ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin aktual məüsələləri” adlı təlim keçirmişdir.

  Tədbirdə, Bakı Dövlət Universtetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri və müəllim-professor heyəti, o cümlədən hüquq fakultəsinin tələbələri, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin QanunsuzDövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı,  Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə üzrə İdarəsinin xüsüsilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin pisxoloqu iştirak etmişdir.

  Mövzu ilə əlaqədar aidiyyətı qurumların nümayəndələrin məruzələri dinlənilmiş, müəllim-professor heyəti və tələbələr tərəfindən verilən suallar diskussion xarakter daşımışdır.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 689