26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar növbəti tədbir Sabunçu rayonunda təşkil edilib.

26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar cari ilin 13 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və Sabunçu rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 310 nömrəli tam orta məktəbdə “Narkomaniya-genefonda vurulan zərbədir” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Respublika Narkoloji Mərkəzin həkim-narkoloqu, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə sektorunun müdiri,  Sabunçu Gənclər Evinin direktoru, valideyinlər, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Tədbirdə şagirdlərin antinarkotik dünya görüşünün formalaşdırılması, narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları, antinarkotik təbliğatın vacibliyi, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verilmiş və şagirdləri maraqlandıran suallar ətrafında  müzakirələr aparılmışdır.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 804