“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə  ilə cari ilin 21 və 25 iyun tarixlərində “Azercell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və bilrikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt:802) göndərilib.

 SMS-lər mərhələli qaydada 4 gün ərzində təqribən 5 milyon 600 minə yaxın abunəçiyə ünvanlanıb.

 




Baxılıb: 685