Sumqayıt şəhərində tədbir keçirilmişdir.

 Cari ilin 10 iyul tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və Sumqayıt şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Sumqayıt şəhərində narkomaniyaya qarşı mübarizə sahəsində aparılan işlərin təhlili ”mövzusunda tədbir təşkil olunmuşdur.

 Əvvəlcə, tədbir iştirakçılarının diqqətinə “Ampula” adlı qısa metrajlı filimin nümayişi təqdim olunmuşdur.

 Tədbirdə, Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun məsul nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Səhiyyə Nazirliyinin Respublika Narkoloju Mərkəzinin klinik-psixoloqu, Abşeron-Xızı Regional Təhsil, Mədəniyyət, Gənclər və İdman İdarələrinin nümayəndələri, şəhər prokurorunun müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şəhər üzrə şöbənin müdiri, Narkoloju Dispanserin həkim-narkoloqu, Ağsaqqallar və Veteranlar şurasının sədrləri, “Cümə məscidinin imamı, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini, ümumitəhsil məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, həmçinin yeniyetmə və gənclər iştirak etmişlər.

 Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, antinarkotik təbliğatın müasir dövrün tələblərinə uyğunlaşdırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, yeniyetmə və  gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 603