Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-iyul aylarının yekununa dair məlumat

2024-cü ilin yanvar-iyul ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.    

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6458 cinayət faktı aşkarlanmışdır. Onlardan 1974-ü narkotik vasitələrin qanunsuz satışı, 4313-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 168-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü isə digər cinayətlərlə bağlı olmuşdur.          

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş  4 ton 299 kq 831,849 qr narkotik vasitələrin və psixotrop maddələrin 443 kq 879,659 qr-nı heroin, 3 ton 477 kq 782,82 qr-nı marixuana,103 kq 273,041 qr-nı tiryək, 29 kq 400,501 qr-nı həşiş, 137 kq 768,528 qr-nı psixotrop maddələr, 107 kq 727,3 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 13 568 ədəd metadon, 7902 ədəd çətənə kolu, 637qr və1472 ədəd güclü təsir edən və 2 kq 174,5 qr zəhərli maddə  qanunsuz  dövriyyədən götürülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1043,7 hektar sahədən 2 689 257 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 299 kq 831,849 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 115 milyon 733 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4400 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək  332 nəfər, 26-29 yaşadək 707 nəfər, 30 yaş və ondan yuxarı isə 3360 nəfər təşkil edir. Həmin şəxslərdən 4265-i kişi, 135-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 43 xarici ölkə vətəndaşından ümumilikdə 110 kq 015 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 157 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi  1 ton 524 kq 132,349 qr narkotik vasitə və psixotrop maddə, 13 568 ədəd metadon həbi, 1470 ədəd güclü təsir edən maddə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 199-u qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 303 kq 877,511 qr narkotik vasitə,psixotrop maddə və 85 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 1780 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 344 kq 818,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 238 narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 361, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 51, digər növ cinayət faktların sayı 27, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 842 kq 086,85 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 595 nəfər azalmışdır.    

Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 201 fakt, qrup halında olan cinayətlərin sayı isə 31 fakt artmışdır.

2023-cü ilin 7 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çxarılmış güclü təsirə malik  narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1ton 154 kq 736,72 qr (72,2%), tiryəkin çəkisi 118 kq 590,92qr (53,4 %), həşişin çəkisi   21 kq 585,601 qr (42,3 %), psixotrop maddələrin çəkisi 166 kq 922,111 qr (60,8%) azalmışdır.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60189 ədəd həb metadon, 58773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3477 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon,  4 ampula, 81,446 qram güclü təsiredici maddə, eyni zamanda cari ilin 22 iyul tarixində Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kq 293,151 qr müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilmişdir.

Həmçinin 36şəhər və rayonda qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmiş 1316 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılmış 29 kq 430,512 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 226 ədəd çətənə bitkisi şəhər və rayon komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilmişdir. Göstərilən dövr ərzində prosesə nəzarətin gücləndirilməsi nəticəsində bəzi şəhər və rayonlarda məhkəmə hökmü olmadan 17 cinayət işi üzrə maddi sübutların məhv edilməsinin, eyni zamanda 9 hökm üzrə külli miqdarda müxtəlif növ narkotik vasitələrin məhv olunması hallarının qarşısı alınmışdır.

 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 49154 nəfər istiqamətləndirilmişdir.Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1609 nəfərdən 1063 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 7 ay ərzində İİV-ə 799 nəfər yoluxmuşdur.

Onlardan 786 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olmuşdur. Azərbaycan vətəndaşları arasında 43 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.

Cari ilin yanvar-iyul ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1016 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 84-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 83-sı narkotik asılılıqdan müalicə, 849-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 167 məktub ünvanlanmışdır.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 89 tədbir (55 maarifləndirici və təşkilati tədbir, 24 təlim, 6 sosial layihə, 1 marafon və televiziya kanalında 3 verilişdə iştirak) təşkil edilmişdir.

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

 




Baxılıb: 864