Külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, məhv edilməsi üzrə Komissiya yaradılmışdır.

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə və “Narkotik  vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi  haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının  2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında”  Azərbaycan Respublikası  Prezidentinin 2024-cü il 5 avqust tarixli  173 nömrəli Fərmanının 1.3.1-ci və 1.4.1-ci yarımbəndlərinə əsasən qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrəKomissiya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il 20 sentyabr tarixli qərarı ilə yenidən formalaşdırılmışdır.

  Bununla yanaşı adı çəkilən Fərmanın 1.3.3-cü və 1.4.3-cü yarımbəndlərinə uyğun olaraq, qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyalarının formalaşdırılması isə Dövlət Komissiyası tərəfindən yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır.

 




Baxılıb: 709