Cəzaçəkmə müəssisəsindəki məhkum qadınlar narkotiklərin zərərləri barədə məlumatlandırılıblar

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında 2024-cü ilə dair təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar arasında profilaktik tədbir keçirilib.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, narkotik vasitələrin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa yoluxucu xəstəliklərin yayılması haqqında və o cümlədən narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə  məlumat verib, tövsiyələrini bildiriblər.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları iştirakçılar arasında paylanılıb.

 




Baxılıb: 699