Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2023" şərti altında tədbirlər həyata keçirilmişdir.

"Xaş-xaş 2024" şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə cari ilin aprel-oktyabr ayları ərzində Lerik, Qazax, Zaqatala, Qax,  Qubadlı, Laçın və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 20,7 hektar sahədən yabanı halda bitən 3100 kq xaş-xaş (12400 ədəd) və 19438 kq çətənə kolları (38696 ədəd) müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.




Baxılıb: 88