Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

Carı ilin 25 oktyabr tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.

Tədbirlərdə Komissiyanın İşçi Qrupunun rəhbər müavini, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq mövzu ətrafında çıxışlar edərək narkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı barədə zəruri məlumatlar verilib.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça  və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

 




Baxılıb: 303