Cari ilin 10 dekabr tarixində “Sosial İnkişafa Yardım” İctimai birliyin təşkilatçılığı ilə Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə, “Sosial İnkişafa Yardım” İctimai birliyin layihə rəhbəri, “Anti-Narkomaniya” İctimai birliyin rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi qrupunun məsul nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Bakı şəhəri Narkoloji Mərkəzin həkim-narkoloqu iştirak etmişdir.
Tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.