“Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib.

Cari ilin 11 dekabr tarixində “Sosial  İnkişafa Yardım” İctimai birliyinin təşkilatçılığı ilə Yasamal rayonundakı Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə, “Sosial İnkişafa Yardım” İctimai birliyin layihə rəhbəri, “"Gənclərin Anti-narkomaniya"” İctimai birliyin rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi qrupunun məsul nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və həkim-narkoloqu iştirak etmişdir.

Tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 180