Cəzaçəkmə müəssisələrində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 2 və 17 saylı cəzaçəkmə müəssisələrində məhkumlar üçün maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun, Penitensiar Xidmətin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər,

“Narkotik asılılığının insan sağlamlığı və sosial mühitə təsiri” mövzusunda keçirilən görüşlərdə məhkumlara narkotiklərin orqanizmə zərəri, yoluxucu xəstəliklərin yayılma yolları və psixoloji-sosial fəsadlar barədə məlumat verilib.

Eyni zamanda məhkumlara göstərilən dövlət dəstəyi, sosial reinteqrasiya və məşğulluq imkanları barədə məlumatlar çatdırılıb. Tədbir interaktiv müzakirə formatında davam edib, iştirakçıların sualları cavablandırılıb.




Baxılıb: 1381