Cəbrayılda “Səyyar Gənclər Xidməti” layihəsinin açılış mərasimi təşkil olunub

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Cəbrayıl rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.

 

Tədbirin açılışında Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən şəxs, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi  fəaliyyət göstərən İşçi qrupunun rəhbər müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi, ikinci vətən müharibəsi veteranı eləcə də digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

 

Tədbir zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqamətləri və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

 

Bununla yanaşı, ucqar kənd gəncləri üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsalbacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlimsessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.

 

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı təbliğat materialları gənclərə təqdim edilmişdir.

 

 

 




Baxılıb: 2697