
Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə “802 Qaynar Xətt” sentyabrın 19-u saat 13:00-dan sentyabrın 22-dək Formula 1 yarışları zamanı da WhatsApp üzərindən fəaliyyətini davam etdirəcək.
Vətəndaşlar rəsmi WhatsApp nömrəsi (055) 600 08 02 vasitəsilə sorğularını göndərə və aidiyyəti üzrə məlumat əldə edə biləcəklər.