Zaqatala rayonunda məhvetmə Komissiyasının üzvləri ilə görüş keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Zaqatala Rayon İcra Hakimiyyətində məhvetmə tədbirlərinin icra vəziyyətinin öyrənilməsi məqsədilə dəyirmi masa keçirilib.

Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Rayon Komissiyasının sədri, məhvetmə komissiyasının sədri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Dəyirmi masada qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə mövcud qanunvericiliyə və müvafiq təlimata uyğun şəkildə həyata keçirilməsi məsələləri müzakirə olunub, bu sahədə müvafiq tövsiyələr verilib.




Baxılıb: 1243