Binəqədi rayonunda narkomaniyaya qarşı maarifləndirici aksiya keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu üzrə 283 nömrəli tam orta məktəbdə maarifləndirici aksiya keçirilib.
Aksiya çərçivəsində yeniyetmə və gənclər üçün nəzərdə tutulmuş “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici bukletlər paylanılıb.
Tədbir zamanı internet və sosial şəbəkələr vasitəsilə həyata keçirilən gizli manipulyasiyalar, rəqəmsal mühitdə narkotik riskləri və süni intellekt əsaslı məzmunların mümkün mənfi təsirləri barədə məlumat verilib. Eyni zamanda, fərdi qərarvermə və tənqidi düşünmə bacarıqlarının əhəmiyyəti vurğulanmış, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər və onların istifadəsinin fəsadları iştirakçıların diqqətinə çatdırılıb.




Baxılıb: 1153