Narkomanlığın geniş yayıldığı ərazilərdə maarifləndirici banerlər yerləşdirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.11-ci yarımbəndinə əsasən, narkomanlığın xüsusilə geniş yayıldığı müvafiq rayon və şəhərlərdə narkomanlığa qarşı kompleks tədbirlər həyata keçirilir.

Bu məqsədlə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici banerlər rayon (şəhər) icra hakimiyyətlərinin təşkilatçılığı ilə küçə və prospektlərdə, mərkəzi parklarda, təhsil müəssisələrində, habelə yeniyetmə və gənclərin daha çox cəmləşdiyi digər məkanlarda yerləşdirilmişdir.

Hazırlanmış banerlər “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotiksiz sağlam yaşa”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” mövzularını əhatə edir.

Banerlərdə rəqəmsal mühitdə narkotiklərin yayılması üsulları, yeniyetmə və gənclər üçün mövcud risklər, narkotik vasitələrin insan sağlamlığına vurduğu zərər və asılılığın yaratdığı nəticələr barədə məlumat verilir. Eyni zamanda, sağlam həyat tərzinin təşviqi, narkotiklərdən uzaq durmağın əhəmiyyəti və riskli halların vaxtında müəyyən edilməsi ilə bağlı maarifləndirici məlumatlar təqdim olunur.

Maarifləndirici banerlərin uzunmüddətli nümayişi nəzərdə tutulur.

 

 

 




Baxılıb: 95