
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə “802 Qaynar Xətt” cari ilin 11 may tarixində qeyri-iş günü WhatsApp vasitəsilə fəaliyyətini davam etdirəcək.
Vətəndaşlar rəsmi WhatsApp nömrəsi (055) 600 08 02 vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.