Gənclər təşkilatlarının könüllüləri üçün təlim təşkil edilmişdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq  Azərbaycan Könüllü Təşkilatları İttifaqının ofisində könüllülər üçün təlim təşkil edilmişdir. 

Təlimdə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru, Azərbaycan Respublikasının Gənclər Fondunun, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Azərbaycan Milli Antidopinq Agentliyinin, Bakı şəhər Narkoloji Mərkəzinin nümayəndələri çıxış edərək, narkotik vasitələrə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, bu maddələrin cəmiyyətdə yaratdığı sosial və tibbi problemlər, asılılığın formalaşma mərhələləri, eləcə də mənəvi-əxlaqi dəyərlərə vurduğu zərər barədə geniş məlumat veriblər.  Eyni zamanda çıxışlar zamanı narkotik və psixotrop maddələrin xüsusiyyətləri və onların insan orqanizminə, xüsusilə psixoloji sağlamlığa göstərdiyi mənfi təsirlərdən bəhs edilib, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində keçirilən tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Psixotrop maddələr haqqında həqiqət”, "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

 




Baxılıb: 65