“Narkomanlığa birlikdə yox deyək” adlı şüar elektron informasiya terminallarında

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun — "Narkotik Vasitələrin Sui-istifadəsi və Qanunsuz Dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü" ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliliyini artırmaq məqsədilə "Narkomanlığa birlikdə yox deyək" adlı yeni şüarın Bakı şəhərinin 10 küçə və prospektindəki elektron informasiya terminallarında nümayişinə cari ilin 17 iyun tarixindən etibarən başlanılmışdır.

Birgə əməkdaşlıq çərçivəsində görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə sosial layihənin növbəti aylarda da hər ayın 25-də nümayişi nəzərdə tutulur. 

 




Baxılıb: 39